Saratov sahibkarlarının Azərbaycana biznes missiyası təşkil olunacaq

Saratov sahibkarlarının Azərbaycana biznes missiyası təşkil olunacaq
# 10 yanvar 2022 15:02 (UTC +04:00)

Rusiyanın Saratov vilayətinin İxraca Dəstək Mərkəzi, Regional İqtisadi İnkişaf Nazirliyinin yardımı ilə bu il sahibkarların Azərbaycana biznes missiyasını təşkil etmək niyyətindədir. "APA-Economics" nazirliyin rəsmi resursuna istinadən xəbər verir ki, işgüzar missiyanın "Beynəlxalq əməkdaşlıq və ixrac" milli layihəsi çərçivəsində təşkil olunması nəzərdə tutulur.

Həmçinin, bu il yerli istehsalçıların məhsullarının təşviqi məqsədilə Saratov vilayəti Əlcəzair, Qırğızıstan, Özbəkistan, Vyetnam və Qazaxıstana da biznes missiyalar göndərməyi planlaşdırır.

Xatırladaq ki, ötən il Saratov vilayətinin biznes missiyaları Azərbaycan, Türkiyə, Belarus, Özbəkistan, Qazaxıstan, İran və Ermənistana səfər ediblər. İran və Özbəkistandan olan iş adamları bölgəyə cavab səfəri edib. Saratov şirkətləri ötən il 82 ixrac müqaviləsi imzalayıb, doqquz yeni iştirakçı ixrac fəaliyyətinə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR