Savaş Uzan: "Gürcüstan limanlarında Azərbaycanın 4 gəmisi bir aydan çoxdur növbə gözləyir"

Savaş Uzan: "Gürcüstan limanlarında Azərbaycanın 4 gəmisi bir aydan çoxdur növbə gözləyir"
# 29 iyun 2022 12:00 (UTC +04:00)

Rusiya-Ukrayna müharibəsi səbəbi ilə logistika şirkətləri ciddi böhran yaşayır.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-Gürcüstan biznes forumunda "Azərsun Holdinq"in idarə heyətinin üzvü Savaş Uzan deyib.

O bildirib ki, bu səbəbdən Gürcüstan limanlarında sıxlıq müşahidə edilir: "Bakı-Tbilisi-Qars dəmiryolu, İpək yolu layihələrinindən danışırıq. Amma limanlarla bağlı problem yaşayırıq. Gürcüstanda böyük gəmiləri qəbul edən cəmi iki - Batumi və Poti limanları fəaliyyət göstərir. Rusiya və Ukrayna limanlarının fəaliyyətini dayandırması Azərbaycan-Gürcüstan dəhlizinin işləkliyini artırmaq baxımından böyük fürsətdir. Özbəkistan, Qazaxıstan və Azərbaycanın 4 gəmisi bir aydan çoxdur ki, növbə gözləyirlər. Yəni, bütün bu əməkdaşlıq çərçivəsində yeni limanların qurulması diqqətə alınmalıdır. Hazırda məcburiyyətdən buraya yönələn Qazaxıstan və Özbəkistan karqolarının Rusiya limanları açılsa belə bu dəhliz üzərindən daşınmasını davam etdirməsi üçün limanların qurulması çox vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR