“Səbail” futbol klubunun yeni sponsoru məlum olub

“Səbail” futbol klubunun yeni sponsoru məlum olub
# 13 avqust 2022 10:45 (UTC +04:00)

“Səbail” peşəkar futbol klubu 2022/23 mövsümü üçün yeni sponsorluq müqaviləsinə imza atıb. Belə ki, yeni mövsümdə ölkənin nüfuzlu sığorta şirkəti olan “PAŞA Sığorta” ASC kluba sponsorluq dəstəyini öz üzərinə götürüb.

“Səbail” PFK və “PAŞA Sığorta” ASC arasındakı əməkdaşlığın ilkin olaraq cari mövsümün sonuna qədər olan müddəti əhatə etməsi nəzərdə tutulur.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR