Səfir: “Azərbaycan məhsullarının Aİ-yə ixrac səviyyəsini artırmaq istəyirik”

Səfir: “Azərbaycan məhsullarının Aİ-yə ixrac səviyyəsini artırmaq istəyirik”
# 24 may 2022 11:51 (UTC +04:00)

Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxışı tədricən yaxşılaşacaq və təkmilləşəcək.

"APA-Economics" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı bu sahədə Azərbaycanla əməkdaşlığa yüksək dəyər verir və Azərbaycan Avropa üçün dəyərli tərəfdaş ölkədir.

"Hesab edirik ki, Azərbaycanda fitosanitar tədbirlərin gücləndirilməsi vasitəsilə Avropadakı istehlakçıların daha keyfiyyətli, daha orqanik məhsullara çıxışını təmin edəcəyik. Biz çalışacağıq ki, Azərbaycanda istehsalın həcmini və Avropa İttifaqına ixrac səviyyəsini artıraq", - Peter Mixalko qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR