Səfir: "Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının tərkibi formalaşdırılıb"

Serjan Abdıkarimov

© APA | Serjan Abdıkarimov

# 07 iyun 2022 09:52 (UTC +04:00)

"Hökumətlərarası Komissiyanın ötənilki 17-ci iclasının protokolunun icrası istiqamətində Qazaxıstan tərəfi artıq Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının tərkibini formalaşdırıb".

APA-Economics" xəbər verir ki, bunu Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycanda iqtisadi-ticarət missiyası və birgə biznes forumunda çıxış edərkən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.

Onun sözlərinə görə, Şura iki ölkə arasında müntəzəm dialoq, ikitərəfli investisiya və ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün platforma rolunu oynayacaq.

“Həmçinin, yeni formalaşan struktur ticarət maneələrinin aradan qaldırılması və biznes səviyyəsində problemli məsələlərin həlli üçün hökumətlərarası komissiya və dövlət qurumları üçün tövsiyələr hazırlayacaq”, - səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR