Səfir: “Ukrayna imzalanan müqavilələri tam şəkildə yerinə yetirmək əzmindədir”

Səfir: “Ukrayna imzalanan müqavilələri tam şəkildə yerinə yetirmək əzmindədir”
# 26 may 2022 18:24 (UTC +04:00)

“Ukrayna əvvəllər olduğu kimi, indi də tərəfdaşları ilə imzalanan müqavilələri tam şəkildə yerinə yetirmək əzmindədir”.

Bunu "APA-Economics"ə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski müharibənin dünya buğda bazarına yarada biləcək neqativ fəsadları barədə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, hazırda yeganə problem logistika ilə bağlıdır.

“Bildiyiniz kimi, dəniz bloklanıb. Ona görə də hazırda digər ölkələr vasitəsilə çatdırılma tədbirləri həyata keçirilir. Amma bu, tamam başqa partiyadır və zamanla davam edir. Amma Azov və Qara dəniz zonalarının deblokadası ilə tədarüklərimizi mütləq həyata keçirəcəyik. Əminəm ki, bu, xüsusilə bizim hiss etdiyimiz dünya ictimaiyyətinin dəstəyi ilə tezliklə baş verəcək. Biz Azov və Qara dənizlərin ərazisinin blokdan çıxarılması ilə öz ərazi bütövlüyümüzün bərpasına eyni baxırıq. Ümid edirəm ki, bu il biz həyata keçirilməsi nəzərdə tutulan bütün bu müqavilələri həyata keçirəcəyik. Ancaq bunun üçün dünya birliyinin köməyinə ehtiyacımız var, çünki biz müdafiə mərhələsindən ərazilərimizin geri alınması mərhələsinə keçmək istəyirik”, - səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR