Sənayə parklarına 6,4 mlrd. manat investisiya qoyulub, 10 mindən artıq yeni iş yerləri yaradılıb

Sənayə parklarına 6,4 mlrd. manat investisiya qoyulub, 10 mindən artıq yeni iş yerləri yaradılıb
# 06 dekabr 2022 11:12 (UTC +04:00)

Sənayə parklarına 6,4 milyard manat investisiya qoyulub və 10 mindən artıq yeni iş yerləri yaradılıb.

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri Elçin İbrahimov bildirib. Onun sözlərinə görə, iqtisadiyyatda fəaliyyət göstərən subyektlərin 99%-dən çoxu mikro-kiçik sahibkarlıq sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləridir.

"2021-ci il ərzində bu sektorda 20 milyard dollardan çox dövriyyə formalaşıb ki, bu da ümumi biznesin 32%-nin bu sektorda, neft və qeyri-neft ÜDM-in isə 56%-nin bu sektorda formalaşdığının əyani sübutudur. Sənaye parkları ilə bağlı mexanizmin 80%-i bu sektor vasitəsilə reallaşdırılır",- deyə E. İbrahimov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR