Sertifikatlaşdırma ilə məşğul olan qurumların qanunsuz sertifikat verməsi aşkar olunub

Sertifikatlaşdırma ilə məşğul olan qurumların qanunsuz sertifikat verməsi aşkar olunub
# 30 mart 2023 10:41 (UTC +04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan akkreditasiya edilmiş qurumların fəaliyyətinə nəzarəti davam etdirir.

"APA-Economics" Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan bir sıra qurumlar tərəfindən uyğunluq sertifikatlarının qanunsuz verilməsi halları aşkar olunub. Belə ki, malın (xidmətin, işin) sertifikatlaşdırılması fəaliyyətini həyata keçirən “Azunisert” MMC tərəfindən müxtəlif təsərrüfat subyektlərinə verilən 26 sayda, “Aqrosert” MMC tərəfindən 4 sayda, “Az-Quality Cert” MMC tərəfindən 10 sayda və “Certus” MMC tərəfindən 11 sayda uyğunluq sertifikatında akkreditasiya sahəsindən kənaraçıxma halları, yəni akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilmədiyi müəyyən edilib.

Həmin sertifikatların ləğvi ilə bağlı şirkətlərə yazılı göstərişlər verilsə də, Dövlət Xidmətinin göstərişləri yerinə yetirilməyib. Müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl etməyən şirkətlər barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun protokollar tərtib edilib və baxılması üçün məhkəmə orqanlarına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR