“Siemens” də Rusiya bazarını tərk edir

“Siemens” də Rusiya bazarını tərk edir
# 12 may 2022 12:29 (UTC +04:00)

Ukraynada müharibə səbəbi ilə Almaniyanın sənaye nəhəngi “Siemens” Rusiya bazarını tərk edir.

APA “Reuters”ə istinadən xəbər verir ki, şirkət Rusiyadakı bütün sənaye əməliyyatlarını və biznes fəaliyyətlərinin tədricən bağlanılmasına start verdiyini bəyan edib.

“Biz Ukraynada müharibəni qınayaraq beynəlxalq ictimaiyyətə qoşuluruq və insanlarımızın dəstəklənməsinə, humanitar yardımların tədarükünə fokuslanırıq. Bu gün biz Rusiyadakı sənaye biznesi fəaliyyətlərimizin tədricən bağlanılması prosesini həyata keçirmək qərarımızı bəyan edirik”, - şirkətin Baş icraçı direktoru Roland Buş bildirib.

Rusiyada 3 min əməkdaşı olan “Siemens” şirkətinə sanksiyalar səbəbi ilə, xüsusilə də qatar istehsalı sahəsi üzrə 600 milyon avro zərər dəyib. Rusiyada sürətli qatarların istehsalı və baxımını həyata keçirən şirkət bundan başqa, 200 milyon avro gəlirdən məhrum olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR