SİF: Sahibkarlara 29,8 mln. manat güzəştli kredit verilib

SİF: Sahibkarlara 29,8 mln. manat güzəştli kredit verilib
# 24 may 2022 19:19 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 757 layihənin icrasına güzəştli kredit ayrılıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, cari ilin əvvəlindən may ayının 1-i tarixinədək təqdim edilən layihələrin maliyyələşdirilməsinə 29,8 mln. manat güzəştli kredit verilib.

Kredit verən 5 müvəkkil kredit təşkilatının siyahısına "AccessBank", "Bank Respublika", "Unibank", "Yelo Bank" və "Aqrarkredit" daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR