Şöbə müdiri: Kiçik və orta müəssisələrin ÜDM-dəki payı 35 faizə çatdırılacaq

Şöbə müdiri: Kiçik və orta müəssisələrin ÜDM-dəki payı 35 faizə çatdırılacaq
# 14 mart 2023 13:40 (UTC +04:00)

BMT-nin “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”ndə 2025-ci ilə qədər kiçik və orta müəssisələrin ÜDM-dəki payının 35 faizə çatdırılması hədəflənir.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.

O bildirib ki, bu hədəfə nail olmaq üçün BMT agentliklərindən əsas xahişimiz, kiçik və orta biznesin dəstəklənməsi istiqamətində layihələrin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsidir.

"BMT-nin agentliklərinin və hökumətin bu istiqamətdə səylərinin artırılması gözlənilən əsas hədəflərdəndir. Sənəddə birinci qrup əsas nəticə etibarilə bir nəticəyə köklənib, bu nəticə əmək bazarının layiqli transformasiyası və layiqli əməyə çıxışdır" - Hüseyn Hüseynov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR