Sumqayıt Kimya Sənaye Parkı bu il 764 mln. manatlıq məhsul ixrac edib

Sumqayıt Kimya Sənaye Parkı bu il 764 mln. manatlıq məhsul ixrac edib
# 21 dekabr 2021 17:35 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Sumqayıt Kimya Sənaye Parkında 1,9 mlrd. manatlıq məhsul istehsal olunub.

Sənaye Parkından “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə Park fəaliyyətə başlayandan 2021-ci ilədək 2,5 mlrd. manatlıq məhsul istehsal edilib.

Parkının rezidentləri tərəfindən 4,4 mlrd. manat dəyərində satış həyata keçirilib ki, bunun da 1,5 mlrd. manatlıq hissəsi – təqribən 34%-i ixracın payına düşür.

Həmçinin, Sənaye Parkı fəaliyyətə başlayandan 2021-ci ilədək 764 mln. manatlıq məhsul ixrac edilmişdisə, 2021-ci ilin 11 ayında 764 mln. manatlıq məhsul ixrac olunub.

Qeyd edək ki, Sənaye Parkında ümumi investisiyaların həcmi 5,4 mlrd. manatdan artıq olan 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 17-si fəaliyyət göstərir. Parka indiyədək 5,1 mlrd. manat həcmində investisiya yatırılıb və 5 700-dək insan daimi işlə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR