"Texnofest"in qaliblərinə mükafatları Azərbaycan və Türkiyə prezidentləri təqdim edəcək

"Texnofest"in qaliblərinə mükafatları Azərbaycan və Türkiyə prezidentləri təqdim edəcək
# 26 may 2022 12:49 (UTC +04:00)

"Texnofest-Azərbaycan" festivalının qaliblərinə mükafatları Azərbaycan və Türkiyə prezidentləri təqdim edəcək.

"APA-Economics" xəbər verir ki, bunu "Texnofest- Azərbaycan"ın açılış mərasimində çıxış edən Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə keçirilən bu festivala maraq çox böyükdür və 1000-dən çox komanda, 6000-dən çox iştirakçı müraciət edib. "Texnofest-Azərbaycan"a marağın yüksək olması insan kapitalının inkişafı, gələcək texnoloji inkişaf üçün çox önəmli faktordur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR