“Toyota” ikinci dəfə “Toyota Abşeron Mərkəzi”ni ən yaxşı diler kimi mükafatlandırıb - FOTO

“Toyota” ikinci dəfə “Toyota Abşeron Mərkəzi”ni ən yaxşı diler kimi mükafatlandırıb - FOTO
# 22 iyun 2022 10:00 (UTC +04:00)

Toyota Abşeron Mərkəzi Alp qalasında keçirilən eksklüziv tədbir zamanı şəhərin ən yaxşısı seçilib və görkəmli müştəri təcrübəsini təmin etdiyinə görə “Ichiban 2022” mükafatına layiq görülüb.

“Ichiban” yapon dilində “nömrə bir” deməkdir. Bu həm də “Toyota Motor Europe” (TME) tərəfindən hər il yalnız bir neçə dilerə verilən nüfuzlu mükafatın adıdır.

2500-dən çox Avropada Toyota dileri hər il 47 “Ichiban” qalibindən biri olmaq şərəfi uğrunda mübarizə apararaq, unikal yanaşma və “şəhərin ən yaxşı dileri” olmaq öhdəliyini nümayiş etdirir.

Bu il Avropanın 32 ölkəsindən 47 diler bu mükafata layiq görülüb.

Azərbaycandan artıq ikinci dəfədir ki, “Toyota Absheron Mərkəzi” bu mükafatı qazanıb. Toyota Abşeron təkcə böyük satış performansı və üstün müştəri təcrübəsi təmin etməsi ilə deyil, eyni zamanda “daha da ötəyə gedərək” davamlılıq, mobillik xidmətləri və cəmiyyətə töhfə vermək sahələrində də mükəmməlliyi təmsil etdiyinə görə bu mükafatı öz muzeyinə aparıb.

Tədbir Almaniyanın Alp dağlarında, G7 sammitlərinin keçirildiyi eksklüziv “Castle” kurortu “Schloss Elmau”da qeyd olunub.

Qalib dilerlərdə tədbir boyu Toyota rəhbərləri və qonaqların ruhlandırıcı çıxışlarına və müzakirələrinə qoşulmağa dəvət edilib.

Xüsusi dəvətli qonaqlar öz hədəf və gələcəyə baxışlarını “Ichiban” qalibləri ilə bölüşüblər. “Energy Observer”in qurucusu və kapitanı Viktoryen Erussard ilk hidrogenlə işləyən, sıfır emissiyalı gəmi ilə davamlı gələcək və ekoloji keçid haqqında xəyalının necə reallığa çevrildiyini izah edib. Satış üzrə ekspert Natali Berq pərakəndə satışın gələcəyi və müştəri davranışının təkamülü ilə bağlı görüşləri ilə iştirakçıları maarifləndirib.

Mərasim zamanı “Toyota Motor Europe”un prezidenti və baş icraçı direktoru Mett Harrison bütün dilerləri görkəmli nailiyyətlərinə görə təltif edib:

"Siz ən yaxşıların ən yaxşısısınız! Siz müştərilərin gözləntilərini aşmaqda, yaddaqalan müştəri təcrübəsi təqdim etməkdə və biznesinizi dəyişən bazar şərtlərinə sürətlə uyğunlaşdırmaqda əsl nümunələrsiniz. Hamınızı təbrik edirəm."

TME-nin Satış, Marketinq və Müştəri Təcrübəsi üzrə Vitse-Prezidenti Didye Qambar da dilerlərin nailiyyətlərini şərh edib:

“COVID pandemiyası ilə əlaqədar iki illik virtual "Ichiban"dan sonra biz Avropanın ən yaxşı dilerlərinin satış göstəricilərini və müştəri xidmətinin keyfiyyətinə görə fiziki olaraq qeyd etmək və mükafatlandırmaqdan şərəf duyduq. İki illik virtual görüşlərdən sonra bir ailə kimi bir yerdə olmağın həyəcanı daha da yüksəkdir!

Biz həm də dilerlərimizin o çətin vaxtlarda möhkəmliklərini və çevikliklərini, bu qeyri-müəyyən vaxtlarda daim uyğunlaşmaq üçün yeni yollar tapmağa sərf etdikləri enerjilərini təqdir edirik. Daha da irəliləmək heç vaxt asan olmayıb, amma hamımız bunun nə qədər dəyərli olduğunu bilirik. Belə bir nailiyyət asanlıqla əldə olunmur və biz qaliblərimizi onların zəhmətinə görə təbrik edirik. Təşəkkür edirəm və gəlin birlikdə daha da ötəyə gedək.”

“Ichiban” mükafatçıları:

Ölkə

Diler

Bosniya və Herseqovina

Sladaboni d.o.o.

Xorvatiya

Futura Auto d.o.o.

Serbiya

Toyota Tago Car d.o.o.

Sloveniya

AH Furman d.o.o.

Bolqarıstan

Carcom Toyota Varna

Estoniya

Elke Rakvere

Latviya

WESS Motors Berģi

Litva

Tokvila

Belçika

Auto W.E.B.

Azərbaycan

Toyota Absheron Center

Macarıstan

Balla Euro

Çexiya Respublikası

DOLÁK s.r.o. České Budějovice

Slovakiya

Autoklub, a. s.

Danimarka

SDKbiler A/S, Aalborg

Finlandiya

Salon Passeliauto Oy

Fransa

OGA

Fransa

JNB Auto

Fransa

Toys Motors La Roche / Yon

Fransa

GTA Meaux

Almaniya

Autohaus Schumacher GmbH

Almaniya

Autohaus J. Reith GmbH

Almaniya

Auto Saxe Niederlassung der Auto Weller GmbH & Co. KG

Yunanıstan

Auto Kouvelis SA

İrlandiya

Cogans Toyota

İsrail

Danel Motors Ltd

İtaliya

Nordauto S.p.A.

İtaliya

Fuji Auto S.r.l

İtaliya

Marcante Automobili S.r.l.

Qazaxıstan

Toyota Center Aqtau

Hollandiya

Van Gent Autobedrijf Veenendaal B.V.

Norveç

Toyota Larvik

Polşa

Auto Park Białystok

Portuqaliya

Terauto

Rumıniya

New Wavemotors

Rusiya

TC Nizhni Tagil

Rusiya

TC Izhevsk

Rusiya

TC Ufa Sever

İspaniya

Hersamotor

İspaniya

Hybrid Car

İspaniya

Aura Motor

İsveç

Biltrean i Uppsala AB

Türkiyə

Toyota Plaza Boranlar

Birləşmiş Krallıq

Burrows (Barnsley)

Birləşmiş Krallıq

Ron Brooks (Ilkeston)

Birləşmiş Krallıq

John Roe (Grimsby)

Ukrayna

Toyota Center Lviv Diamant

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR