“Toyota” Sankt-Peterburqdakı zavodunu bağlayır

“Toyota” Sankt-Peterburqdakı zavodunu bağlayır
# 23 sentyabr 2022 16:01 (UTC +04:00)

“Toyota”nın Rusiyadakı rəsmi nümayəndəsi "Toyota Motor" Sankt-Peterburqdakı zavodunu bağlayır.

APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, şirkət ödənişlər, o cümlədən əlavə kompensasiyalarla bağlı müəssisənin işçi heyəti qarşısında öhdəliklərini yerinə yetirmək niyyətindədir.

“Bundan əlavə, şirkət “Toyota” və “Lexus” avtomobilləri üçün satışdan sonrakı xidmət və diler şəbəkəsinə dəstəyi saxlayacaq”, - məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR