Türkiyə holdinqi Azərbaycan iqtisadiyyatına sərmayə yatıracaq

İqtisadiyyat Nazirliyi Türkiyə holdinqi ilə Anlaşma Memorandumu imzalayıb

© APA | İqtisadiyyat Nazirliyi Türkiyə holdinqi ilə Anlaşma Memorandumu imzalayıb

# 18 iyun 2021 15:30 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu Holdinq”i arasında Anlaşma Memorandumu imzalanıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşuna, Türkiyə ilə iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək.

“Həyata keçiriləcək layihələr müasir texnologiyaların tətbiqinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına əlavə imkanlar yaradacaq”, - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR