Türkiyənin sənaye sektoru üzrə ixracatı tarixi maksimuma çatıb

Türkiyənin sənaye sektoru üzrə ixracatı tarixi maksimuma çatıb
# 05 avqust 2022 14:44 (UTC +04:00)

Türkiyənin sənaye sektoru bu ilin yanvar-iyul aylarında 107,76 mlrd. ABŞ dollarlıq ixracatla tarixi maksimuma çatıb.

APA-Economics” “Anadolu”ya istinadən xəbər verir ki, ilin ilk yeddi ayında sənaye sektorunun ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,5% artıb.
Türkiyənin ixrac səbətində sektorun payı 74,6% təşkil edib.
Türkiyənin sənaye məhsullarına ən çox tələbat Almaniyadan olub. Bu ölkəyə 97,9 mln. dollarlıq dəri və dəri məmulatları, 577,4 mln. dollarlıq maşın və ehtiyat hissələri, 1,3 mlrd. dollarlıq qara və əlvan metallar, 405,4 mln. dollarlıq kondisioner məhsulları, 2,2 mlrd. dollarlıq hazır geyim və aksesuarlar ixrac edilib.

İlin əvvəlindən Hollandiyaya kimya məhsullarının ixracı 1,5 mlrd. dollar, Böyük Britaniyaya elektronika ixracı 901,3 mln. dollara çatıb.

Bununla yanaşı İtaliyaya toxuculuq və xammal ixracından 635,1 mln. dollar, İsrailə polad ixracından 950,6 mln. dollar, ABŞ-a sement, şüşə keramika və üyüdülmüş məmulatlar ixracından 573,2 mln. dollar, zərgərlik məmulatları ixracından isə 553,6 mln. dollar gəlir əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR