Türkiyənin tikinti şirkətləri ötən il xaricdə 29 mlrd. dollarlıq layihələr həyata keçirib

Türkiyənin tikinti şirkətləri ötən il xaricdə 29 mlrd. dollarlıq layihələr həyata keçirib
# 05 yanvar 2022 10:07 (UTC +04:00)

Ötən il Türkiyənin tikinti və podrat sektorunun xaricdə həyata keçirdiyi layihələrin ümumi dəyəri 2020-ci illə müqayisədə təxminən iki dəfə artaraq 15,2 mlrd. ABŞ dollarından 29,3 mlrd. dollara yüksəlib.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Ticarət Naziri Mehmet Muş Türkiyə Podratçılar Birliyi tərəfindən 2021-ci ildə xarici müqavilələr üzrə xidmətlərin qiymətləndirilməsi və xaricdə texniki məsləhətlərin verilməsinə həsr olunan tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, 2020-ci ildə pandemiyanın mənfi nəticələri fonunda Türkiyə podratçıları tərəfindən xaricdə həyata keçirilən layihələrin ümumi dəyəri təxminən 20% – 15 mlrd. dollar azalıb, lakin ötən il Türkiyənin inşaat sənayesində bərpa ili olub.

M. Muş bildirib ki, Türkiyə podratçıları tərəfindən dünyanın 131 ölkəsində həyata keçirilən layihələrin sayı 2021-ci ilin sonuna 11 093-ə, bu layihələrin dəyəri isə 451,5 mlrd. dollara çatıb.

"Yarımçıq qalan layihələrin dəyərini nəzərə alsaq, 2021-ci ildə Türkiyənin tikinti sektorunun xaricdə həyata keçirəcəyi layihələrin ümumi dəyəri 30 mlrd. dolları keçəcək", - deyə Muş qeyd edib.

Nazir həmçinin əlavə edib ki, Türkiyədə eyni göstəricilər sonuncu dəfə 2012-2013-cü illərdə qeydə alınıb, o zaman türkiyəli podratçılar tərəfindən xaricdə həyata keçirilən layihələrin ümumi dəyəri təxminən 31 mlrd. dollar təşkil edib. Son 15 ildə Türkiyənin inşaat sektorunun xaricdə həyata keçirdiyi layihələrin orta illik dəyəri 23 mlrd. dollar, Türkiyə büdcəsinə töhfə isə ildə orta hesabla 650 mln. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR