Türkmənistan Azərbaycana əyləc bəndləri ixrac etməyə başlayıb

Türkmənistan Azərbaycana əyləc bəndləri ixrac etməyə başlayıb
# 19 aprel 2022 16:40 (UTC +04:00)

Türkmənistanın əyləc bəndləri istehsalçısı “Ajap önüm” şirkəti Azərbaycan bazarına daxil olduğunu elan edib. “APA-Economics” “Biznes Türkmənistan”a istinadən xəbər verir ki, sınaq partiyası artıq Azərbaycana göndərilib.

Fevral ayında isə məhsullar Özbəkistan və Tacikistan bazarlarına çatdırılıb.
Məhsul nümunələri ABŞ-ın AMECA şirkətinin sınaqlarından keçərək sertifikatlaşdırılıb.

Qeyd edək ki, əyləc bəndləri "Optimus" ticarət nişanı altında istehsal olunur. Türkmənistan bazarında məhsullar “Günt” brendi altında satılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR