Vladivostokda Azərbaycan biznesi ilə qarşılıqlı fəaliyyət müzakirə olunacaq

Vladivostokda Azərbaycan biznesi ilə qarşılıqlı fəaliyyət müzakirə olunacaq
# 29 iyun 2022 14:39 (UTC +04:00)

Bu ilin 5-8 sentyabr tarixlərində Vladivostokda Şərq İqtisadi Forumu keçiriləcək ki, burada Azərbaycan biznesi ilə qarşılıqlı fəaliyyət imkanlarını müzakirə etmək mümkün olacaq.

APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın Primorsk diyarının birinci vitse-qubernatoru Vera Şerbina Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayevlə işgüzar görüşdə deyib.

Onun sözlərinə görə, hazırda bu forumun təşkili üçün fəal hazırlıq işləri aparılır.

“Artıq bir çoxu iştirakını təsdiqləyib. Turizm mövzusu çox aktualdır, biz bunu müzakirə etməyi planlaşdırırıq. Güzəştli rejimlər mövcuddur, Vladivostok Azad Limanı fəaliyyət göstərir. Azərbaycan biznesi maraqlanırsa, hər zaman görüşüb müzakirə edə bilərik. Biz birgə layihələrin həyata keçirilməsində bütün lazımi köməkliyi göstərməyə hazırıq”, - deyə Vera Şerbina qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR