"Volkswagen Group"un satışları azalıb

"Volkswagen Group"un satışları azalıb
# 12 yanvar 2022 16:51 (UTC +04:00)

"Volkswagen Group" 2021-ci ildə 8,882 mln. avtomobil realizə edib ki, bu da illik ifadədə 4,5% azdır.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Buna baxmayaraq, "Volkswagen Group" elektromobillərin satışını iki dəfə artıraraq 452,9 minə çatdırıb ki, bu da 2020-ci illə müqayisədə 2,5% çoxdur. Şirkət ötən il "plug-in" hibrid avtomobillərinin qlobal satışlarını 61% artıraraq 309,5 minə çatdırıb.

"Volkswagen Group"un 2021-ci il üçün ən çox satılan elektromobil modeli "Volkswagen ID.4" olub – 119,6 min vahid.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR