"Xanoba" gömrük keçid məntəqəsinə daxil olan yük nəqliyyat vasitələri maksimum 20 dəqiqə ərzində işlərini bitirə bilirlər. Köşklərdəki qeydiyyat prosesi tamam avtomatlaşıb.
"APA-Economics" xəbər verir ki, bunu Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə deyib.
O bildirib ki, "Xanoba" gömrük keçid məntəqəsində ağır yüklərin və avtomobillərin yoxlanılması üçün "X-RAY" sistemlərindən istifadə edilir.