Xantı-Mansidən Azərbaycana 9,9 min kubmetr taxta material idxal olunub

Xantı-Mansidən Azərbaycana 9,9 min kubmetr taxta material idxal olunub
# 25 iyul 2022 10:02 (UTC +04:00)

Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Xantı-Mansi Muxtar Dairəsindən taxta material idxal edən əsas ilk üç ölkələr sırasına daxil olub.

APA-Economics” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin əvvəlindən Muxtar Dairədən Azərbaycana 9,9 min kubmetr məhsul tədarük edilib.

Ümumilikdə, hesabat dövründə Xantı-Mansiysk Muxtar Dairəsindən ağac ixracı 214,9 min kubmetr təşkil edib ki, bu da ötən illə müqayisədə 29,5% azdır.

Qeyd olunub ki, əsas idxal edən ölkələr bunlardır: Çin - 59,4 min kubmetr, Özbəkistan - 88 min kubmetr, Azərbaycan - 9,9 min kubmetr, Qazaxıstan - 42,6 min kubmetr, Misir - 3,8 min kubmetr, İraq - 3,9 min kubmetr.

Eyni zamanda, ağac ixracının ən kiçik həcmi Tacikistan, Türkmənistan, Qırğızıstan və Avropa İttifaqı ölkələrinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR