Xidmət rəisi: Ötən il haqsız rəqabətlə bağlı 6,47 mln. manat sanksiya tətbiq edilib

Xidmət rəisi: Ötən il haqsız rəqabətlə bağlı 6,47 mln. manat sanksiya tətbiq edilib
# 31 yanvar 2023 11:13 (UTC +04:00)

Ötən il antiinhisar və haqsız rəqabətlə bağlı 60 iş qaldırılıb və ümumilikdə 6,47 mln. manat maliyyə sanksiyası tətbiq edilib.

APA-Economics” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

“2021-ci illə müqayisədə antiinhisar və haqsız rəqabət halları üzrə qaldırılmış işlər 3 dəfə, baxılması başa çatmış işlər 2,2 dəfə artıb”, - deyə Məmməd Abbasbəyli əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR