Xidmət rəisi: "Qiyməti aşağı sal" deməyə səlahiyyətimiz yoxdur

Xidmət rəisi: "Qiyməti aşağı sal" deməyə səlahiyyətimiz yoxdur
# 31 yanvar 2023 12:25 (UTC +04:00)

Xidmət tərəfindən əsas ərzaq məhsulları və tikinti materialları və digər hallar üzrə həftəlik, aylıq monitorinqlər aparılır.

APA-Economics” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

“Xidmətin monitorinq aparmasının məqsədi “qiyməti aşağı sal” demək deyil. Buna nə səlahiyyətimiz var, nə də bunun məntiqi var. Çünki qiymət tənzimlənməsi zamanı dövlət qurumunun səyi ilə qiymətin məcburi aşağı salınması qıtlığa səbəb olur. Monitorinqlərlə qeyri-adi qiymət oynamasını aşkar etmək və bu aşkarlanmaları yoxlamaqla qiymətin əmtəə bazarında hökmran mövqeyə malik subyekt tərəfindən tətbiq olunub-olunmadığını yoxlamaqdır. Əgər belə hal yoxdursa, demək ki, qiymət tələb əsasında formalaşır", - Məmməd Abbasbəyli vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR