Yerli istehsalın dəstəklənməsi üçün diferensial ƏDV dərəcəsinin tətbiqi təklif olunub

Yerli istehsalın dəstəklənməsi üçün diferensial ƏDV dərəcəsinin tətbiqi təklif olunub
# 02 avqust 2022 12:04 (UTC +04:00)

Ticarət şəbəkələrinin təmsilçiləri tərəfindən yerli istehsalın dəstəklənməsi üçün güzəştlər, o cümlədən diferensial ƏDV dərəcəsinin tətbiqi təklif olunub.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində təşkil olunan görüşdə səsləndirilib.

Görüşdə həmçinin yerli kənd təsərrüfatı məhsullarının alışının sənədləşdirilməsindəki çətinliklər, gəlirdən çıxılmayan xərclərin tənzimlənməsi kimi məsələlərlə bağlı təkliflər səsləndirilib, sahənin inkişafı istiqamətində müzakirələr aparılıb.

Dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR