Yoxlayıcı orqanların qərarlarından şikayət verilməsi qaydası dəqiqləşdirilir

Yoxlayıcı orqanların qərarlarından şikayət verilməsi qaydası dəqiqləşdirilir
# 04 may 2023 12:08 (UTC +04:00)

Yoxlayıcı orqanların qərarlarından şikayət verilməsi qaydası dəqiqləşdirilir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihənin 24-cü maddəsində nəzərdə tutulan dəyişikliklər yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydasını dəqiqləşdirir. Belə ki, təklifə əsasən qərarları və hərəkətləri barəsində şikayət olunan yoxlayıcı orqanların (yoxlayıcıların) yuxarı dövlət orqanı olmadıqda, sahibkarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayətlə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR