“Petkim” Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı istifadə edən müəssisələr sırasına daxil olub

“Petkim” Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı istifadə edən müəssisələr sırasına daxil olub
  • Clock-gray 11:45
  • calendar-gray 22 Yanvar 2020

Petkim Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network”una bu il Türkiyədən seçilən yeganə şirkət oldu. SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, “SOCAR Türkiyə”nin aktivlərindən olan və Türkiyənin ilk və yeganə inteqrasiya olunan neft-kimya kompleksi sayılan “Petkim”, rəqəmsal tətbiqlər və sistemləri vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində Dünya İqtisadi Forumunun “Global Lighthouse Network” una seçildi. 

Petkim 44 üzvdən ibarət “Global Lighthouse Network”ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir. Forumun yanvarın 20-də Davosda keçirilən mərasimində mükafat “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhrəmanova təqdim olundu.

Dünyada innovativ və rəqəmsal tətbiqlər standartı mövzusunda şirkətlər üçün meyar qəbul edilən “Global Lighthouse Network” Sənaye 4.0 texnologiyalarını iş proseslərinə ən yaxşı tətbiq edən şirkətlərdən ibarət nüfuzlu platformadır. “Petkim”in uğurlu və səmərəli rəqəmsal tətbiqləri də bu şəbəkə vasitəsilə “best practice” (ən yaxşı praktika) kimi göstərilərək öz sahəsində ən yüksək rəqəmsal tətbiq standartını həyata keçirir.

 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date