"SOCAR Carbamid" zavodu gələn il istehsalı 5 dəfə artırmaq niyyətindədir

"SOCAR Carbamid" zavodu gələn il istehsalı 5 dəfə artırmaq niyyətindədir
  • Clock-gray 12:13
  • calendar-gray 27 Noyabr 2019

Gələn il karbamid istehsalı üzrə "SOCAR Carbamid" zavodu tam gücü ilə işləməyə başlayacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "SOCAR Carbamid" zavodunun rəhbəri Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, hazırda zavod gündəlik 1 800-2 000 ton məhsul istehsal edir.  Məhsulun istehsalı üçün müəssisə sutkada 1,5 mln. kubmetrdən artıq qaz qəbul edir.

X. Cəfərov qeyd edib ki, gələn il zavodda 600-650 min ton karbamidin istehsalı gözlənilir, bunun da 500-550 min tonu ixraca yönəldiləcək. İxracın təxminən 75-80% Türkiyənin payına düşəcəyi gözlənilir: “Bu il zavod 130 min tona yaxın məhsul istehsal edib, bunun 100 min tonu ixraca yönəldilib, 15 min tonu daxili bazarda satılıb, qalan hissəsi isə anbarda yerləşdirilib”.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date