"Türk axını" qaz kəməri istismara verilib

"Türk axını" qaz kəməri istismara verilib
  • Clock-gray 17:16
  • calendar-gray 08 Yanvar 2020

Rusiya qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan "Türk axını" boru kəməri istismara verilib.

"APA-Economics"in məlumatına görə, açılış mərasimi İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə baş tutub.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da "Türk axını"nın açılış mərasimində iştirak etmək məqsədilə Türkiyədə səfərdədir.

Qeyd edək ki, "Türk axını" layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Sözügedən qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi isə Cənubi və Cənubi-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd. kubmetrdir.

Emil İsmayılov

Digər xəbərlər