"Azərişıq"ın sədr müavini vətəndaşları qəbul edib

"Azərişıq"ın sədr müavini vətəndaşları qəbul edib
# 08 yanvar 2020 16:22 (UTC +04:00)

Bu gün “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov Xırdalanda vətəndaşları qəbul edib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qəbulda Abşeron rayonu və Sumqayıt şəhərinin sakinləri iştirak ediblər. Qəbul zamanı “Azərişıq”ın fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənib.

R. Yusifov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə öz həllini tapıb.

Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişıq”ın fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR