2021-ci ildə neftin qiyməti 62 dolları keçə bilər - PROQNOZ

2021-ci ildə neftin qiyməti 62 dolları keçə bilər - PROQNOZ
# 14 dekabr 2020 14:36 (UTC +04:00)

Gələn ilin sonuna bazarda neft təklifinin azalması və gözlənilən defitsitin fonunda "qara qızıl" bir barel üçün 62 ABŞ dollarına qədər bahalaşa bilər.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu "Saxo Bank"ın əmtəə bazarları strategiyası şöbəsinin müdiri Ole Hansen deyib.

O. Hansen son zamanlar "Brent" markalı neftin qiymətinin 50 dolları ötdüyünü və 2021-ci ildə də artımın davam edəcəyini qeyd edib. Onun sözlərinə görə, bu tendensiya xüsusilə dünyada koronavirusa qarşı kütləvi peyvəndləmə prosesinin başlana biləcəyi fonunda ilin ikinci yarısında daha gözə çarpan olacaq. Peyvəndlərin effektiv olduğu sübut edilərsə, neftə olan gündəlik tələbat 100 mln. bareli üstələyə bilər. Belə halda, gələn ilin sonuna "Brent"in bir bareli 62 dollaradək bahalaşa bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR