2021-ci ildə Azəri-Çıraq-Günəşli üzrə proqnoz kəsirlə icra edilib

2021-ci ildə Azəri-Çıraq-Günəşli üzrə proqnoz kəsirlə icra edilib
# 10 iyun 2022 13:12 (UTC +04:00)

Ötən il hasilatda ən böyük paya sahib Azəri-Çıraq-Günəşli neft və Bahar qaz yataqları üzrə proqnoz kəsirlə icra edilib.

APA xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”də bildirilib.

Qeyd edilib ki, 2021-ci il üzrə Fondun yataqlar üzrə faktiki hasilat məlumatlarının proqnoz məlumatları ilə müqayisəsi aşağıdakı cədvəldə verilib:

İllər üzrə azalmanın səbəbi kimi OPEC ölkələri tərəfindən əldə edilmiş razılaşmaya əsasən, hasilatın azaldılması və quyularda baş verən təmir və dayanma halları göstərilib.

Azəri-Çıraq-Günəşli yatağı üzrə 2018-2021-ci illər üzrə hasilat proqnozu və icra göstəriciləri aşağıdakı qrafikdə verilib:

Bahar yatağı üzrə qaz hasilatı 243,0 milyon kub metr proqnoza qarşı 169,0 milyon kub metr və ya 70.0% icra olunub. Bahar yatağlarından karbohidrogenlərin satışından 1,0 milyon ABŞ dolları daxil olub ki, bu da proqnoza qarşı 370,4% təşkil edib. Əməliyyat şirkətinin məlumatına əsasən, proqnozda göstərilən gəlir məbləği 2021-ci il üçün proqnozlaşdırılmış hasilat əsasında hesablanmış məbləğdir. İl ərzindəki ödənişlər isə ARDNF-yə daha öncəki dövrlərdən qalan öhdəliklərin azaldılmasına yönləndirilib. Eyni zamanda yataq üzrə bəzi quyularda təmir işlərinin aparılması və laylarda tükənmə səbəbindən qaz hasilatı proqnoza nisbətdə kəsirlə icra edilib.

SOCAR, ARDNF, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi arasında imzalanmış dörd tərəfli razılaşma protokoluna əsasən, SOCAR tərəfindən AQTŞ şirkətindən 2018-ci ilin sonunadək alınmış qaza görə SOCAR-ın AQTŞ-yə yaranmış borcu ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən 650 564 990,83 ABŞ dolları məbləğində borcu və 2018-ci ildən sonra yarana biləcək borcu ARDNF-yə mərhələli şəkildə ödənilməlidir. 2021-ci ilin sonuna SOCAR-ın Fonda 2016-2021-ci illər üzrə yaranmış borcu 1 196,8 mln. ABŞ dolları, o cümlədən 2016-cı ildə 134,6 milyon ABŞ dolları, 2017-ci ildə 227,5 milyon ABŞ dolları, 2018-ci ildə 288,4 milyon ABŞ dolları, 2019-cu ildə 169,9 milyon ABŞ dolları, 2020-ci ildə 314,0 milyon ABŞ dolları, 2021-ci il ərzində SOCAR tərəfindən AQTŞ-yə yaranmış borcla bağlı olaraq ARDNF-yə ödənilməyən məbləğ 62,4 milyon ABŞ dolları təşkil edib.

Eyni zamanda ARDNF, SOCAR, Maliyyə və İqtisadiyyat Nazirlikləri arasında imzalanmış razılaşma protokolunun icrasına uyğun olaraq SOCAR tərəfindən mərhələli şəkildə ödənilməsi nəzərdə tutulan 235,0 mln. ABŞ dollara qarşı əvvəlki illərdə olduğu kimi kəsirlə icra edilərək, 81,3 mln. ABŞ dolları vəsait daxil olub. Proqnozdan kənarlaşmanın səbəbi kimi Protokol üzrə SOCAR-a ödənilmiş dividentərin 55%-nin ARDNF-yə yönəldilməsi nəzərdə tutulub ki, hesabat ili ərzində kassa metodu ilə SOCAR-a daxil olan divident məbləği proqnozdan az olduğundan, müvafiq olaraq ARDNF-yə ödənilən vəsait də az olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR