ABŞ LNG ixracını kəskin azaldıb

ABŞ LNG ixracını kəskin azaldıb
  • Clock-gray 14:56
  • calendar-gray 19 Fevral 2021

ABŞ ərazisində müşahidə edilən şaxtalı hava şəraiti mayeləşdirilmiş təbii qaz (LNG) ixracının kəskin azalmasına səbəb olub.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, hazırda ABŞ-da qaz hasilatı quyularının əksəriyyətinin işi əlverişsiz hava şəraitinə görə dayandırılıb.

Məlumata görə, LNG zavodlarına xammal tədarükü dörd ayın minimumuna çatıb. Bununla yanaşı, soyuq hava şəraiti ABŞ ərazisində qaza olan tələbatın artmasına gətirib çıxarıb.

Emil İsmayılov

Digər xəbərlər