ABŞ-da aktiv neft quyularının sayı artıb

ABŞ-da aktiv neft quyularının sayı artıb
# 22 avqust 2020 13:00 (UTC +04:00)

ABŞ neft sənayesinin və qısamüddətli xam neft hasilatının əsas göstəricisi hesab olunan neft quyularının sayı bu həftə 11 ədəd artıb.

APA-Economics”xəbər verir ki, “Baker Hughes” şirkəti tərəfindən açıqlanan həftəlik məlumatlara görə, 15-21 avqust həftəsində ABŞ-dakı neft qurğularının sayı əvvəlki həftəyə nisbətən 11 ədəd artaraq 183-ə çatıb. Bu nəticə ilə yanvar ayından bəri ilk dəfə olaraq ölkədə neft quyularının sayı ikiqat artıb.

Mart ayından etibarən ABŞ-da yeni növ koronavirus (COVİD-19) epidemiyası qüvvəyə minməyə başlayanda, neft qazma qurğularının sayı azalıb, 18 həftəlik azalmadan sonra 18-24 iyul həftəsində ilk dəfə bu say əvvəlki həftə ilə müqayisədə 1 ədəd artıb.

Cümə axşamı 44,90 dollar səviyyəsində qərarlaşan Brent markalı neftin bir barrel qiyməti cümə günü 44,30 dollar səviyyəsində bağlanıb. Cümə axşamı 42,58 dollar səviyyəsində tamamlanan Qərbi Texas (WTI) tipli xam neftin bir barrel qiyməti cümə günü 42,30 dollar səviyyəsində bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR