ABŞ-da neft hasilatının azalması davam edəcək

ABŞ-da neft hasilatının azalması davam edəcək
# 11 noyabr 2020 14:14 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) ölkədə bu il ortalama gündəlik neft hasilatının 11,39 mln. barel təşkil edəcəyini proqnozlaşdırır ki, bu da Agentlik tərəfindən oktyabr ayında verilən proqnozla müqayisədə 60 min barel azdır.

"APA-Economics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il ABŞ-da neft hasilatının azalması davam edəcək.

Məlumata əsasən, gələn il ABŞ-da ortalama gündəlik neft hasilatı 11,1 mln. barel səviyyəsində olacağı gözlənilir (əvvəlki proqnoz 10,09 mln. barel olub).

Qeyd edək ki, 2019-cu ildə ABŞ-da gündəlik neft hasilatı 12,25 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR