ABŞ-da şist neftinin hasilatı azalacaq

ABŞ-da şist neftinin hasilatı azalacaq
  • Clock-gray 10:01
  • calendar-gray 14 İyul 2020

ABŞ-da bu ilin avqustunda şist neftinin gündəlik hasilatı iyul ayı ilə müqayisədə 93 min barel azalacaq və 7,49 mln. barel təşkil edəcək.

Bu barədə "APA-Economics" ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinə (EIA) istinadən xəbər verir.

Yeni proqnoza əsasən, iyulda şist neftinin gündəlik hasilatı 7,546 mln. barel səviyyəsində olacaq, bud a öncə ki proqnoz ilə müqayisədə 1,12% azdır.

Qeyd edilir ki, istehsalın azalması şist neftinin hasilatı apardığı yeddi ərazidən altısında müşahidə ediləcək.

Emil İsmayılov

Digər xəbərlər