ABŞ gələn il gündəlik neft hasilatını azaldacaq

ABŞ gələn il gündəlik neft hasilatını azaldacaq
# 08 iyul 2020 13:55 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) ABŞ-da bu il ortalama gündəlik neft hasilatının 11,63 mln. barel təşkil edəcəyini proqnozlaşdırır ki, bu da Agentlik tərəfindən iyun ayında verilən proqnozla müqayisədə 30 min. barel çoxdur.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il ABŞ-da neft hasilatının azalması davam edəcək.

Məlumata əsasən, gələn il ABŞ-da ortalama gündəlik neft hasilatı 11,01 mln. barel səviyyəsində olacağı gözlənilir (əvvəlki proqnoz 10,8 mln. barel olub).

Qeyd edək ki, 2019-cu ildə ABŞ-da gündəlik neft hasilatı 12,23 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR