ABŞ gələn il neft hasilatını artıracaq - PROQNOZ

ABŞ gələn il neft hasilatını artıracaq - PROQNOZ
# 10 mart 2021 14:37 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) ölkədə neft hasilatı üzrə proqnozunu artırıb.

"APA-Economics" EIA-in aylıq hesabatına istinadən verdiyi xəbərə görə, cari il ABŞ da gündəlik neft hasilatı 11,15 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstərici 11,02 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.

Proqnoza əsasən, gələn il ABŞ-da gündəlik neft hasilatı 12,02 mln. barel təşkil edəcək, bu da ötən proqnozdan 490 min barel çoxdur.

Qeyd edək ki, ötən il EIA-in hesablamalarına görə, ABŞ-da ortalama gündəlik neft hasilatı 11,31 mln. barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR