ABŞ-ın "Chevron" neft şirkəti II rübü zərərlə bitirib

ABŞ-ın "Chevron" neft şirkəti II rübü zərərlə bitirib
# 01 avqust 2020 11:34 (UTC +04:00)

ABŞ-ın “Chevron” neft şirkətinin 2020-ci ilin II rübündə xalis zərəri 8,27 mlrd. dollar təşkil edib.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, ötən ilin eyni rübündə şirkətin xalis mənfəəti 4,31 mlrd. dollara bərabər olub. Gəlilrlikdə belə bir geriləməyə “Chevron”un hesabat dövründə COVID-19 pandemiyası ilə əlaqədar artan xərcləri səbəb olub. Şirkətin neft bazarında azalan tələb fonunda 5,2 mlrd. dollar həcmində əlavə xərcləri əmələ gəlib.

“Chevron”un bu ilin II rübündə ümumi istehsalı da 3% azalaraq neft ekvivalentində gündəlik 2,99 mln. barelə enib.

Qeyd edək ki, bu yaxınlarda “Chevron” korporasiyası bu gün onun törəmə şirkətlərinin “Azəri-Çıraq-Günəşli” neft yatağı blokundakı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərindəki səhmlərini “MOL Hungary Oil and Gas PLC” şirkətinə 1,57 mlrd. dollara satdığını elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR