ABŞ-ın enerji şirkəti 10 mlrd. dollarlıq aktivlərini satır

ABŞ-ın enerji şirkəti 10 mlrd. dollarlıq aktivlərini satır
# 06 iyul 2020 10:15 (UTC +04:00)

ABŞ ərazisində yeni qaz kəmərinin tikintisindən imtina edən yerli "Dominion Energy" şirkəti dəyəri 10 mlrd. dollara yaxın olan aktivlərinin "Berkshire Hathaway" investisiya fonduna satır.

"APA-Economics" xəbər verir ki, bu barədə "Dominion Energy" şirkətinin dərc etdiyi məlumatda deyilir.

Məlumata əsasən, şirkət “Berkshire Hathaway”ə ona məxsus 9,7 mlrd. dollar dəyərində olan qaz nəqli üzrə infrastrukturunu və qazın mayeləşdirilməsi üzrə müəssisədə 25%-lik payını satacaq.

Xatırladaq ki, öncə "Dominion Energy" və "Duke Energy" şirkətləri ABŞ-da tikintisi planlaşdırılan Atlantik Sahil Boru Kəməri ("Atlantic Coast Pipeline") layihəsinin bağlanıldığını elan edib. Gündəlik daşınma gücü 42 mln. kubmetrə yaxın olan layihənin məqsədi Qərbi Virciniyadan təbii qazın Atlantik okeanındakı sahillərinə nəql etmək idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR