ABŞ-ın kommersiya neft ehtiyatları kəskin artıb - RƏSMİ

ABŞ-ın kommersiya neft ehtiyatları kəskin artıb - RƏSMİ
# 11 mart 2021 09:53 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neftinin ehtiyatları 13 798 min barel artaraq 498 403 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 816 min barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR