ABŞ-ın neft ehtiyatları 484 mln. barelədək azalıb - RƏSMİ

ABŞ-ın neft ehtiyatları 484 mln. barelədək azalıb - RƏSMİ
# 05 noyabr 2020 09:26 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə (26-30 oktyabr), ABŞ-ın kommersiya neft ehtiyatları 8 mln. barel azalaraq 484,4 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 0,89 mln. barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR