ABŞ-ın neft ehtiyatları 484 mln. bareli ötüb - RƏSMİ

ABŞ-ın neft ehtiyatları 484 mln. bareli ötüb - RƏSMİ
# 09 aprel 2020 09:35 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 15,18 mln. barel artaraq 484,39 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 9,27 mln. barelə yaxın artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR