ABŞ-ın neft ehtiyatları 8 mln. barel azalıb - RƏSMİ

ABŞ-ın neft ehtiyatları 8 mln. barel azalıb - RƏSMİ
# 07 yanvar 2021 09:42 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə , ABŞ-ın kommersiya neft ehtiyatları 8,01 mln. barel azalaraq 485,46 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,13 mln. barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR