ABŞ-ın neft ehtiyatları artıb - PROQNOZ

ABŞ-ın neft ehtiyatları artıb - PROQNOZ
# 03 mart 2021 09:24 (UTC +04:00)

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə artıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 7,4 mln. barel artaraq təqribən 479,5 mln. barelə yaxın olub.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 1,85 mln. barel azalacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR