ABŞ-ın neft ehtiyatları azalıb - PROQNOZ

ABŞ-ın neft ehtiyatları azalıb -  PROQNOZ
# 29 iyul 2020 10:11 (UTC +04:00)

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (20-24 iyul) yenidən azalıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 6,83 mln. barel azalaraq 531,28 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 1,2 mln. barel azalacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR