ABŞ-ın neft ehtiyatları azalıb - PROQNOZ

ABŞ-ın neft ehtiyatları azalıb - PROQNOZ
  • Clock-gray 12:57
  • calendar-gray 04 Noyabr 2020

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə (26-30 oktyabr) azalıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 8 mln. barel azalaraq  487 mln. barelə yaxın təşkil edib.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 890 min barel artacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Emil İsmayılov

Digər xəbərlər