ABŞ-ın neft ehtiyatları azalıb - RƏSMİ

ABŞ-ın neft ehtiyatları azalıb - RƏSMİ
  • Clock-gray 09:24
  • calendar-gray 14 Yanvar 2021

Ötən həftənin yekunlarına görə , ABŞ-ın kommersiya neft ehtiyatları 3,25 mln. barel azalaraq 482,21 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,27 mln. barel azalacağını proqnozlaşdırırdı. Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Emil İsmayılov

Digər xəbərlər