Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (16-22 dekabr) yekunlarına görə, ABŞ-da neft ehtiyatları azalıb.
"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 7,9 mln. barel azalaraq 444,1 mln. barel təşkil edib.
Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 1,83 mln. barel azalacağı gözlənilirdi.